"Mançester Yunayted”in futbolçusu Ueyn Runi "qızıl ayaq” mükafatını qazanıb.
Sportarena.az xəbər verir ki, Runiyə "qızıl ayaq” mükafatını İngiltərə milli komandasının ən çox qol vuran futbolçusu olan əfsanəvi futbolçu Bobbi Çarlton təqdim edib.
Qeyd edək ki, Runiyədək İngiltərə milli komandasının bombardiri məhz Çarlton olub. Runi İngiltərə millisində "50”, Çarlton isə "49” qol vurub.