Milli komandamız bu gün "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Sportarena.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv doğma meydanda İtaliya seçməsini qəbul edəcək.
Final mərhələsinin bir addımlığında olan qonaqlar Bakıda vəsiqəni rəsmiləşdirməyə çalışacaqlar. Prosineçkinin gəlişindən sonra uduzmayan yığmamız isə bu seriyanı davam etdirmək niyyətindədi. Qazanılacaq xallar komandamızın qrupdakı mövqeyini yaxşılaşdıra bilər.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
Azərbaycan – İtaliya 1:3
Qollar: Eder, 11 (0:1), Dmitri Nazarov, 31 (1:1), Stefan El-Şaaravi, 43 (1:2) Darmian, 65 (1:3)
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88 (Azərbaycan)
Hakimlər: Villyam Kollum, Damian Makqreyt, Frensis Konnor
Bakı. Olimpiya stadionu