"Çingiz Abdullayevin sözləri ilə turnir cədvəlindəki mövqe üst-üstə düşməlidi" - Tahir Süleymanov

12:00 10 Oktyabr 2015

Hər zaman iddialı çıxışı ilə yadda qalan "Neftçi" hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Sportarena.az xəbər verir ki, komandanın uğursuzluğuna münasibət bildirən klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında bunları deyib:

 

"Komandada nələrin baş verməsi ilə bağlı yeni klub rəhbərliyi münasibət bildirsə, daha yaxşı olar. Amma turnir cədvəli hər şeyi əyani şəkildə deyir. 10 komanda arasında "Neftçi" hazırda 5-ci pillədədir. Bu da "Neftçi"nin adına, tarixinə yaraşmayan bir yerdir. Eyni zamanda "Qarabağ"la xal fərqi faciəvi bir həddə çatıb, 8 xal fərqi var. Komanda nəinki çempionluq uğrunda mübarizə, hətta avrokuboklar uğrunda mübarizədə də 2-ci və 3-cü pillələrdən xeyli geridə qalır. Bu da "Neftçi"nin bugünki durumunun göstəricisidir. Təbii ki, bunun da səbəbləri var, bu haqda da mətbuatda da geniş yazılar gedir. Melli kimi legionerlə elə "Neftçi" 5-ci yerdə olmalıdır".

 

Süleymanov klubun hazırki Müşahidə Şurasının sədri Çingiz Abdullayevin "mən bura gələndə bizdən milli komandaya futbolçu çağrılmırdı, indi "Neftçi"nin 5 üzvü milli komandada forma geyinir" ifadəsinə belə şərh verib.

 

"Xatırlayıram ki, bizim vaxtımızda milli komandalara 20-dən çox futbolçumuz dəvət alırdı. Nəinki Azərbaycan millisinə, legionerlərimiz Mitreski, Vobay kimi futbolçular öz yığmalarına dəvət alırdılar. Heyətdə cəmi 5-6 futbolçu qalırdı. 2-3 il bundan öncəki 21 yaşlılardan ibarət milli komandanın heyətinə baxsaq, 90 faiz "Neftçi"nin futbolçulara yer verilirdi. Bu da aşağı yaş qruplara yetirdiyimiz diqqətin nəticəsi idi. O ki qaldı, bu açıqlamaya şərh vermək istəmirəm. Görünən kəndə nə bələdçi? Hazırda hər şey göz qabağındadır. Bir şeyə təəssüflənirəm ki, Çingiz Abdullayev hər zaman bildirir ki, biz çempionluğa oynayırıq. Sözlərlə turnir cədvəlindəki mövqe üst-üstə düşməlidir, əgər düşmürsə, müəyyən tədbirlər görülməlidir".


Xəbər xətti