AVRO-2016-nın seçmə mərhələsində IX turun oyunları davam edir. Sportarena.az xəbər verir ki, Avropa çempionatına vəsiqə qazanan daha iki komandanın adı əlum olub.
C qrupunda bir vəsiqənin sahibi müəyyənləşib. Lüksemburqu 4:0 hesabı ilə yenən İspaniya birinci pilləni və Fransaya vəsiqəni təmin edib. E qrupunda ikinci vəsiqəyə iddia edən İsveçrə San Marinoya divan tutub - 7:0. Bununla da isveçrəlilər bu qrupdan ikinci vəsiqəyə sahib çıхıb.
Qeyd edək ki, meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çexiya, C qrupundan İspaniya, E qrupundan İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya, G qrupundan Avstriya və I qrupundan Portuqaliya artıq Avropa çemionatına vəsiqə qazanıb.