Oğul atanı sevindirdi - "Kəpəz"də

12:25 10 Oktyabr 2015

Premyer Liqada yaranmış fasiləyə baxmayaraq "Kəpəz" hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda paytaxtda məşqlərə ara vermədən davam edir. Komandanın heyətində yeganə zədəli Kərim Diniyev isə zədəsini tam sağaldaraq dünəndən komandayla birlikdə hazırlıqlara başlayıb. Başqa itkinin olmaması baş məşqçi Şahin Diniyevi sevindirməyə bilməz.

 

Qeyd edək ki, Premyer Liqanın 8-cu turunda "Kəpəz" səfərdə "Rəvan"ın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti