"İtaliyaya uduzduğumuz oyunu çox yaxşı xatırlayıram. Oyun çox çətin keçmişdi. Həmin vaxt İtaliya millisinin heyətində xeyli ulduz futbolçu çıxış edirdi".
Bu sözləri Sportarena.az-a açıqlamasında millimizin sabiq üzvü, veteran futbolçu Emin İmaməliyev deyib. 2002-ci ildə Bakıda İtaliyaya 0:2 hesabı ilə uduzduqları oyunu xatırlayan İmaməliyev bugünkü matçda komandamıza uğurlar arzulayıb:
"İtaliya ilə oyunda millimizə uğurlar arzulayıram. İnanıram ki, Olimpiya stadionu milliyə düşərli olacaq".
Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu bu gün saat 21:00-da Bakı Olimpiya stadionunda keçiriləcək.Sportarena.az