"Azərbaycan ilk hissədə müdafiədə kompakt oynadı" - Verner Qreqorits

14:12 10 Oktyabr 2015

"Azərbaycan, gözlədiyimiz kimi, ilk hissədə müdafiədə kompakt oynadı. Birinci hissədə daha öncədən planlaşdırdığımız kimi şansımızı gözlədik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avstriyanın 21 yaşadək futbolçularından ibarət yığmasının baş məşqçisi Verner Qreqorits deyib. Dünən "Avro-2017"nin seçmə mərhələsi çərçivəsində millimizi darmadağın edən komandanın çalışdırıcısı 7:0 hesablı qələbəyə şərh verib:

 

"İkinci hissədə meydanda bizim üçün daha çox boş sahə yarandı. Onda başa düşdük, biz bunu bacararıq. Artıq 4:0-dan sonra komandamla fəxr etməyə başladım. Onlar heç vaxt təslim olmurlar. Bu, komandamın ən yaxşı tərəfidir".


Digər xəbərlər

Xəbər xətti