Türkiyə Çexiyadan 3 xalla dönür- YENİLƏNİB

01:38 11 Oktyabr 2015

Bu gün "Avro-2016"nın seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Sportarena.az xəbər verir ki, A, B və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

 

Gecənin maraqlı matçlarından biri Çexiyada baş tutacaq. Yerli komanda Türkiyə seçməsini qəbul edəcək. Avropa çempionatının final mərhələsinə getmək şanslarını saxlamaq üçün türklər çətin səfərdən ən azı 1 xalla qayıtmalıdırlar. Amma Fatih Terimin komandasının meydana qələbə üçün çıxacağı şübhə doğurmur.

 

Gecənin digər oyunları isə bunlardır:

 

A qrupu

 İslandiya - Latviya 2:2

 Qazaxıstan - Hollandiya 0:2

 Çexiya – Türkiyə 0:2


B qrupu

 Andorra - Belçika 1:4

 Bosniya və Herseqovina - Uels 1:0

 İsrail - Kipr 1:2


H qrupu

 Azərbaycan - İtaliya 1:3

 Norveç - Malta 2:0

 Xorvatiya - Bolqarıstan 3:0


Digər xəbərlər

Xəbər xətti