"Qəbələ"nin hücumçusu üçün 90 dəqiqə

16:12 10 Oktyabr 2015

“Qəbələ”nin yarımmüdafiəçisi Sergey Zenyov Estoniya millisinin heyətində növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Zenyov “Avro-2016”nın seçmə mərhələsində İngiltərə millisinə qarşı matçda əsas heyətdə yer alıb.

 

İngiltərənin 2:0 hesablı qələbə qazandığı oyunda “Qəbələ”nin futbolçusu sonadək meydanda mübarizə aparıb.

 

Qeyd edək ki, Estoniya millisi qrupupda 10 xalla 4-cü pillədədir.


Xəbər xətti