"CBC Sport" bu telekanalları məhkəməyə verməlidir"

18:00 10 Oktyabr 2015

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi televiziya kanallarının Topaz Premyer Liqasının oyunlarının görüntülərini "CBC Sport" telekanalına müraciət etmədən yayımlamasına münasibət bildirib. Sportarena.az xəbər verir ki, MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov APA-ya bildirib ki, "CBC Sport" telekanalı oyunların görüntülərini ona müraciət etmədən yayımlayan telekanalları məhkəməyə verməlidi: "Topaz Premyer Liqasının oyunlarının yayım hüququnu AFFA "CBC Sport" telekanalına satıb. "CBC Sport" da oyunların görüntülərini özbaşına yayımlayan telekanalları məhkəməyə verməlidi. Bu məsələ məhkəmə qaydasında həll olunmalıdı".

 

N. Cavadov qeyd edib ki, bu məsələyə Şura müdaxilə edə bilməz, çünki söhbət müəlliflik hüququndan gedir.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən "CBC Sport" telekanalına satılıb. "CBC Sport" 700 min manat ödəyərək Topaz Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib. AFFA, PFL və klublar saytlara, televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdu. Digər televiziya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılırlar. Saytlar, televiziya kanalları Topaz Premyer Liqasının oyunlarından aparılan video-çəkilişləri, eləcə də yerləşdirilən video-icmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etməlidilər.


Digər xəbərlər

Xəbər xətti