İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tevekkio AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, o, final mərhələsinə vəsiqənin taleyini Bakıda həll etmək istıdiklərini bildirib:
"Bizi Azərbaycanla vacib oyun gözləyir. Ancaq qələbə barədə düşünürük. Hər şeyə bu oyunda aydınlıq gətirmək istəyirik ki, Norveçlə son oyunda heç bir problemlə üzləşməyək".
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.