Bu gün Bakı Olimpiya Stadionunda ilk dəfə futbol qarşılaşması keçirilir. Sportarena.az xəbər verir ki, 68 min tutuma malik olan arenada hazırda Azərbaycanla İtaliya milli komandaları mübarizə aparır.
Matça 45 mindən çox azarkeş gəlib. Bu da yığmamızın ev oyununda ilk dəfə rekord olub. Daha çox fanatlar stadionun Qərb tribunası olan hissəsində əyləşib.
Daha əvvəl milli komandamızın ev qarşılaşmalarını 40 min azarkeş izləyib. 2000-ci ilin sentyabr ayında DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasına qarşı olub.
Qeyd edək ki, hazırda davam edən Azərbaycan – İtaliya oyununda qonaq komanda öndədir - 1:3.