Fransaya daha 3 lisenziya rəsmiləşdi

11:38 11 Oktyabr 2015

Dünən "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Sportarena.az xəbər verir ki, baş tutan 9 matçdan sonra gələn il Fransada keçiriləcək final mərhələsinə daha 3 lisenziyanın sahibi müəyyənləşib.

 

B qrupunda səfərdə Andorranı məğlub edən Belçika yığması sona 1 tur qalmış Avropa çempionatına vəsiqəni təmin edib. Bu qrupun digər komandası Uels də Fransaya getməyə haqq qazanıb. Səfərdə Bosniya və Herseqovinaya məğlub olsalar belə, İsrailin evində Kiprə uduzması britaniyalıların final mərhələsinə yolunu açıb.

 

Fransaya 3-cü lisenziya isə Bakıda rəsmiləşib. Millimizi 3:1 hesabı ilə məğlub edən İtaliya seçməsi qrupdakı digər oyunların nəticələrindən asılı olmayaraq, final mərhələsinə vəsiqəni özü üçüntəmin edib.


Digər xəbərlər

Xəbər xətti