"Bunun ideal matç olduğunu düşünmürəm" - İtaliya millisinin üzvü

13:48 11 Oktyabr 2015

"Biz Bakıda yaxşı oynadıq. Amma əsas məsələ AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmağımız oldu".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi deyib. Təcrübəli futbolçu "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyun (3:1) haqda fikirlərini açıqlayıb:

 

"Bu oyunun İtaliya yığmasının ifasında ideal matç olduğunu düşünmürəm. Çünki bu görüşü qol buraxmadan da başa vura bilərdik. Buraxdığımız qol epizodu zamanı mənimlə Kyellini arasında anlaşılmazlıq yarandı. Şadam ki, fasiləyə üstün yollana bilik. İkinci hissədə isə istədiyimizə nail olduq".


Digər xəbərlər

Xəbər xətti