"Rəşad Sadıqovun millidən ayrılmasından söhbət gedə bilməz" - Vaqif Sadıqov

16:05 11 Oktyabr 2015

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Rəşad Sadıqovun milli komandadan getmək istədiyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Təcrübəli mütəxəssis Sportarena.az-a açıqlamasında kapitanın ölkənin 1 nömrəli komandasından ayrılmasının tərəfdarı olmadığını söyləyib:

 

"Mətbuatdan oxudum ki, Rəşad millidən getmək istəyir. Amma mən onun getməsinin tərəfdarı deyiləm. Bu söz-söhbətləri aradan qaldırmaq lazımdı. Çünki Rəşad hazırda millidə rəqabətdə ən güclü olan futbolçumuzdu. Bu, o, o mövqedəki rəqiblərindən üstündürsə, niyə göndərilməlidi? Hazırda Azərbaycan millisində mövqeyində ondan güclüsü yoxdur. Əgər varsa, onun gedişi haqda hardasa düşünə bilərik. İndiki halda belə şeydən söhbət gedə bilməz".


Digər xəbərlər

Xəbər xətti