"Bolqarstana qələbə üçün gedirik" - AÇIQLAMA

16:45 11 Oktyabr 2015

"Vaxtı ilə İtaliya ilə oynayanda onlar 3 qat dünya çempionu idilər. İndi isə 4 qat dünya çempionudular. Özünüz də görürsüz ki, bi hansı komandaya qarşıoynamışıq".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis millimizin "Avro-2016"nın seçməmərhələsi çərçivəsində İtaliya ilə oyunu haqda fikirlərini açıqlayıb:

 

"Ümumi götürsək, komandamızın oyunundan razı qaldım. Düzdü, problem var idi, amma futbolçularımız əllərindən gələni etdilər. Topa nəzarət bizdə olsa da, rəqib müdafiəni yara bilmirdik. Bir də tez-tez əks hücumlarda yaxalanırdıq. Buna baxmayaraq, pis təsir bağışlamadıq. Bu, o demək deyil ki, hər şey qaydasındadı. Xeyr. Problemlər var. Amma rəqibi də nəzərə almaq lazımdır".

 

Seçmə mərhələnin son oyunu üçün millimizlə birlikdə Bolqarıstana yollanan Sadıqov qarşıdakı görüşə də toxunub: "Neçə ilərdir, milli üçün bu qədər iş görülür. Hər şey göz qabağındadı. İnkişaf hiss olunur. Amma müəyyən problemlər hələ qalmaqdadı. Mən ümid elədiyim yerə yola çıxıram. İnşallah, Bolqarstana qələbə üçün gedirik".


Digər xəbərlər

Xəbər xətti