"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Lakin, alınmadı".
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin üzvü Əfran İsmayılov deyib. O, "Avro-2016"nın seçmə mərhələsində İtaiyaya 1:3 hesablı məğlubiyyətə şərh verib:
"Nəzərə almaq lazımdır ki, rəqib 4 qat dünya çempionudur. Rəqib həm müdafiədə, həm də hücumda gözəl oyun nümayiş etdirdi. Sadəcə olaraq, onu deyə bilərəm ki, bacardığımız bu idi".