"Xorvatiya ilə oyunda (0:3) bir neçə kobud səhvə yol verdik. Xüsusilə də birinci qol epizodu zamanı. Şübhəsiz ki, mən bu oyundan razı qala bilmərəm".
Sportarena.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev deyib. Təcrübəli mütəxəssis yığmadakı gələcək taleyinə millimizlə oyundan sonra qərar verəcəyini bildirib:
"Yığmanın baş məşqçi postunda qalıb-qalmayacağıma Azərbaycanla oyundan sonra baxarıq. Amma hazırda bu işin altına girdiyimə görə təəssüflənmirəm".