"Xəzər Lənkəran"ın hazırkı maliyə sıxıntıları heç kəsə sirr deyil.
Sportarena.az xəbər verir ki, millimizin nəşqçisi Mahmud Qurbanov saytımıza açıqlamasında cənub təmsilçisinin hər zaman iddialı komanda olaraq qalacağını deyib. Qurbanov "Xəzər Lənkəran"ın dağılma təhlükəsinin nə dərəcədə real olduğuna isə bucür cavab verib:
"İnanmıram ki, belə bir hal baş versin. Mübariz Mənsimov bunu heç vaxt eləməz. Amma indi biraz sıxıntılar var, bunların hamısı müvəqqətidir. Yaxın zamanlarda yəqin ki, hamısı düzələcək."