"Komandada özünəinam yoxdur. Bu da son oyunlarımıza təsir göstərir"
Sportarena.az xəbər verir ki, bu sözləri "Avro-2016"nın seçmə mərhələsində sabah millimizlə qarşılaşacaq Bolqarıstan yığmasının futbolçusu Xristo Zlatinski deyib:
"Xorvatların erkən qol vurmaları matçın gedişində bizə mane oldu. Rəqibə təzyiq göstərə bilmədik. Meydana ölkəmizi təmsil etmək üçün çıxırıq. Qarşıdan Azərbaycanla oyun gəlir. Ümid edirəm ki, bu görüşdə qələbə qazanmaqla son oyunlardakı uğursuzluğa son qoyacağıq".