"Rəvan" təkzib etdi

16:35 12 Oktyabr 2015

Bu gün Ukrayna və Azərbaycan mətbuatında "Rəvan”-ın qapıçısı Kostyantin Maxnovskinin milliləşdirilməsi ilə bağlı xəbərlər yer alıb.
 
Sportarena.az xəbər verir ki, "Rəvan” yayılan xəbərləri yaydığı bəyanatla təkzib edib. Bəyanatın mətnini olduğu kimi diqqətinizə çatdırırıq:  

 
"Rəvan” PFK olaraq bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. K.Maxnovskinin agenti Aleksandr Pankov "İnstagram” səhifəsində sadəcə olaraq, dostları ilə zarafat edib və "Maxnovski Azərbaycan pasportu alıb. Onu təbrik edib, Azərbaycan yığmasında uğurlar arzulayaq” - yazıb. Ukraynalı jurnalistlər isə heç bir dəqiqləşdirmə aparmadan, bu cür əsasız xəbər yayıblar.


Digər xəbərlər

Xəbər xətti