“Xəzər Lənkəran”ın məşqçisi İtaliyada toy edəcək - FOTOLAR

19:42 12 Oktyabr 2015

“Xəzər Lənkəran” klubunun fiziki hazırlıq üzrə italiyalı məşqçisi Covanni Melkiorre subaylığın daşını atır. İndiyə qədər bir sıra məşhur klublarda çalışmış məşqçi 53 yaşında ailə həyatı qurur.

Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, çalışdırıcının toyu bu ay İtaliyanın paytaxtı Romada təşkil olunacaq. Ukraynalı xanımla ailə həyatı quracaq məşqçi toyuna Azərbaycandan da qonaqlar dəvət edəcək.

Qeyd edək ki, təcrübəli çalışdırıcı Azərbaycanda “Xəzər Lənkəran”dan başqa “Neftçi”də çalışıb.

 


Digər xəbərlər

Xəbər xətti