Milli komandamız "Avro-2016"nın seçmə mərhələsindəki son oyununda sabah Bolqarıstanla qarşılaşacaq. Sportarena.az xəbər verir ki, yığmamızın üzvü Rahid Əmirquliyev mətbuat konfransında sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
"Rəqibi yaxşı analiz etmişik. Çox güclü oyun sərgiləyirlər. Amma biz də buraya gəzməyə gəlməmişik. Yaxşı oynayıb, qalib gəlmək istəyirik".