Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun bəzi oyunlarındakı qayda pozuntularına baxılıb və müvafiq qərarlar verilib.
“Neftçala” – “Şərurspor” matçında “Şərurspor”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
I Divizionun V turunun “Göyəzən” – MOİK matçında MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 90 + 3-cü dəqiqəsində MOİK klubunun futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
I Divizionun V turunun “Şahdağ” – “Turan Tovuz” matçının 35-ci dəqiqəsində “Şahdağ” klubunun 8 futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 400 manat cərimə edilib.
I Divizionun V turunun “Energetik” – “Zaqatala” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 44-cü dəqiqəsində “Energetik” klubunun futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
I Divizionun V turunun “Bakı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 5–ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.