"Qəbələ"nin baş meneceri Zaur Əzizov Fakundo Pereyranın komandadan ayrılmaq istəməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klub rəsmisi Sportarena.az-a açıqlamasında argentinalı yarımmüdafiəçinin yaya qədər komandada qalacağını söyləyib:
"Pereyranın bizimlə müqaviləsi var. Transfer hüququ PAOK-a məxsus olsa da, yaya qədər "Qəbələ"nin futbolçusudur. Ona görə də hələlik Fakundonun komandadan ayrılması mümkün deyil".
Qeyd edək ki, Pereyranın Azərbaycanda özünü yaxşı hiss etmədiyi və sabiq klubu "Ximnasiya"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.