21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Dalğa Arena”da keçirilmiş və yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış Azərbaycan – Finlandiya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Finlandiya millisinin baş məşqçisinin fikirlərini təqdim edirik:
Tommi Kautonen: “Hesab edirəm ki, hər iki komanda üçün çətin oyun oldu. Azərbaycan yığması Avstriyadakı məğlubiyyətdən sonra toparlanmağı bacarmışdı və bu gün bizə çətinlik yaşada bildi. Qapıçımız bir neçə epizodda bizi qoldan xilas etməyi bacardı. Amma rəqib qapıçı da yaratdığımız təhlükəli vəziyyətlərdə yaxşı oynadı”.