“Azərbaycan millisini çalışdırdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib daha istəkli idi. Səhvlərimizin üzərində işləyəcəyik. Futbolda hər cür nəticələr olur. Rəqibi təbrik edirəm”.
Bu sözləri yığmamızın baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsində Boqlarıstan millisi ilə oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.
-Maksim Medvedyev əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına getdi. O, zədələndiyi üçün belə etdi?
- Bəli, təəssüflər olsun ki, zədələndi. Ancaq hələlik zədəsinin nə qədər ciddi olduğunu bilmirik.
- Fasilədən sonrakı ilk 15 dəqiqədəki oyunu bütün görüş ərizində göstərə bilməməniz üçün nə çatmadı?
- Futbolçularım nəsə etmək istəyirdi. Ancaq matça yaxşı başlamadıq. İtaliya ilə oyundan sonra yorğunluq var idi. Rəqib daha istəkli idi. İkinci hissədə üstünlüyü ələ almaq istədik, ancaq alınmadı. İkinci qolu buraxdıqdan sonra futbolçularım həvəsdən düşdü.
Rüfət Nadirli