"Avro-2016"nın seçmə mərhələsinin ən məhsuldar futbolçusu müəyyənləşib. Sportarena.az xəbər verir ki, bu, Polşa yığmasının hücumçusu Robert Levandovskidir.
"Bavariya"nın forvardı seçmə mərhələdə vurduğu 13 qolla turnirin ən məhsuldar futbolçusu olub. Almaniya millisinin hücumçusu Tomas Müller 9 qolla ikinci pillədə qərarlaşıb.
Rusiya yığmasının hücumçusu Artyom Zyuba və İsveç millisinin forvardı Zlatan İbrahimoviç isə hərəyə 8 qolla 3-4-cü pilləni bölüşdürürlər.
Qeyd edək ki, seçmə mərhələdə 3 qol vuran Azərbaycan millisinin üzvü Dmitri Nazarov siyahıda 33-cü olub.