"Avro-2016"nın pley-of mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. Sportarena.az xəbər verir ki, tədbir oktyabrın 18-i, Bakı vaxtı ilə saat 14.20-də Nyon şəhərində, qitənin ali futbol qurumunun qərargahında keçiriləcək.
Püşkatmada qrup mərhələsində üçüncü yeri tutmuş aşağıda adları qeyd olunan 8 komanda qatılacaq:
Bosniya və Hersoqovina
Ukrayna
İrlandiya
Sloveniya
Macarıstan
İsveç
Norveç
Danimarka
"Pley-of"un ilk oyunları noyabrın 12-13-14-də, cavab qarşılaşmaları isə noyabrın 15-16-17-də keçiriləcək.