"Qarabağ" hazırlıqlarını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın VIII turu çərçivəsində "Zirə"ni qəbul edəcək komanda gündə bir dəfə olmaqla məşq edir.
Milli oyunlarla bağlı yaranmış fasiləylə əlaqədar olaraq ağdamlılar tam heyətlə məşq edə bilmirdi. Bugündən etibarən isə milli düşərgəsində olanlar komandaya qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" qarşılaşması oktyabrın 17-si, saat 19:00-da keçiriləcək. Qarşılaşma Surxanıda, "Azersun Arena"da keçiriləcək.