"Kubok oyununa ciddi hazırlaşmışdıq. Sevinirəm ki, qələbə qazandıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Şəmkir"in baş məşqçisi Kamran Əlibabayev deyib. Təcrübəli çalışdırıcı komandasının ölkə kubokunun 1/16 final mərhələsində səfərdə "Şahdağ"a qalib gəldiyi oyun haqda fikirlərini açıqlayıb:
"Qələbə münasibəti ilə komandamı və azarkeşləri təbrik edirəm. Növbəti oyunları düşünəcəyik".