2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. Sportarena.az xəbər verir ki, AIBA İcraiyyə Komitəsinin Qətərdə keçiriən toplantısında beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti dünya çempionatının 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.
Qeyd edək ki, bununla da Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.