Azərbaycan Kubokunun 1/16 final mərhələsinin son oyununda “Qaradağ Lökbatan” “Şərurspor”u məğlub etdi. Əsas və əlavə vaxtı heç-heçə (3:3) bitən matçda qalib penaltilər seriyasında müəyyənləşdi. Penaltiləri “Qaradağ Lökbatan” daha dəqiq yerinə yetirdi - 5:4.
Sportarena.az xəbər verir ki, maçtdan sonra “Qaradağ Lökbatan”ın məşqçisi Araz Əliyev bunları söyləyib:
“Şərurspor” yeni yaransa da, mübarizə apardı. Açıq futbol oynadıq, nəticə göz önündədir. Oyundan öncə bəzi xoşagəlməyən məlumatlar yayılmışdı. Amma oyun gərgin mübarizəyə səhnə oldu. Biz qələbəni penaltilər seriyasında əldə etdik. Penaltilər şansa bağlıdır. Biz bundan maksimum yararlandıq. Rəqibə isə çempionat oyunlarında uğurlar arzulayıram”.