"Nəticədən asılı olmayaraq, komandamın oyunundan razıyam"

10:27 15 Oktyabr 2015

Azərbaycan Kubokunun 1/16 final mərhələsinin son oyununda “Qaradağ Lökbatan” “Şərurspor”u məğlub etdi. Sportarena.az xəbər verir ki, əsas və əlavə vaxtı heç-heçə (3:3) bitən matçda qalib penaltilər seriyasında müəyyənləşdi. Penaltiləri “Qaradağ Lökbatan” daha dəqiq yerinə yetirdi - 5:4.

 

Maçtdan sonra “Şərurspor”un baş məşqçisi Məmmədəli Qəniyev bunları söyləyib: “İlk növbədə “Qaradağ Lökbatan”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox gərgin və maraqlı oyun oldu. İstərdim ki, Azərbaycan çempionatında belə qarşılaşmaların sayı çox olsun. Biz yeni yığılmışıq. Oyunun gedişində məcburi əvəzetmələr oldu. Nəticədən asılı olmayaraq, komandamın oyunundan razıyam”.


Digər xəbərlər

Xəbər xətti