"Neftçi"nin işi "ASAN"laşacaq

12:45 15 Oktyabr 2015

“Neftçi”nin yeni titul sponsorunun adına aydınlıq gəlib. Sportarena.az "apasport.az"-a istinadən xəbər verir ki, paytaxt klubunun yeni sponsoru ASAN xidmət olacaq.

 

Sabah Bakı Biznes Mərkəzində təşkil ediləcək tədbirdə klubla şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

 

Bundan sonra ASAN xidmət “Neftçi”nin formasında da öz əksini tapacaq. Topaz Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də “Qəbələ”yə qarşı keçiriləcək qarşılaşmaya paytaxt klubu yeni formada meydançaya çıxacaq.


Digər xəbərlər

Xəbər xətti