Lənkəranlı şair, əsasən satirik şerləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-də yoxa çıxıb.
Sportarena.az xəbər verir ki, bu barədə ona məxsus internet saytında və Facebook səhifəsində şairin ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, “Neftçi” haqqında ballada” adlı silsilə şeirlərində Tofiq Həsənli “Neftçi” klubu ilə yanaşı AFFA və PFL-in ünvanına yolladığı xeyli sayda atmacaları ilə həmçinin ölkə futbolunun biabırçı reallıqlarını ifşa etməklə futbolsevrələrin diqqətini çəkmişdi. İdmanla yanaşı həyatın bütün sahələrini əhatə edən mövzularda satirik şeirlərin müəllifi olan Həsənli həm də vətənpərvərlik ruhunda coşdurucu ciddi əsərləri və könül oxşayan lirik şeirləri ilə də oxucuların sevimlisinə çevrilmişdir.
Tofiqin poetik şirin dili, əruzdan xüsusi incəliklə yararlanma bacarığı və haqq-ədalət sevgisi onun müxtəlif mövzularda cəsarətli əsərlərinin ortaya çıxmasında əsas səbəb sayılır. Hazırda taleyi barədə heç bir rəsmi – dəqiq məlumat olmayan şairin başına gələn hadisələrdə onun yaradıcılığından narahat olan qüvvələrin rolu istisna olunmur. (12cioyuncu.info)