İngiltərə mətbuatı UEFA prezidenti Mişel Platini ilə bağlı yeni iddia ortaya atıb. Sportarena.az xəbər verir ki, ölkənin məşhur nəşrlərindən "The Guardian" fransalı futbol funksionerinin rüşvət aldığını yazıb.
İddiaya görə, FİFA-nın 2011-ci ildə Platininin hesabına yatırdığı 1,8 milyon avro rüşvətdir. Platini bu pulu elə həmin il FİFA-ya keçirilən prezident seçkilərində Blatteri dəstəklədiyi üçün alıb.
Platini bu pulu 1998-2022-ci illərdə məsləhətçi vəzifəsinə görə aldığını iddia etsə də, məbləğin onun hesabına niyə 9 il sonra köçürülməsini hələ də açıqlamayıb.
Bundan başqa, FİFA-nın keçmiş prezidenti Lennard Yohansonun "Pulun Platiniyə ödənmə zamanın təsadüf olduğuna inanmıram" ifadəsi də UEFA prezidentinin rüşvət aldığı ehtimallarını gücləndirir.