AFFA-nın U-19 liqasında 2-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, “Zirə”nin 19 yaşlılardan ibarət komandası doğma meydanda AZAL-la qarşılaşıb.
Birinci hissədə qonaqlar 2 top fərqi ilə önə keçsələr də, Füzuli Məmmədovun yetirmələri dönüş edə biliblər. İkinci yarıda 4 top vuran "Zirə" əzmkar qələbə qazanıb – 4-2.
Elçin Əliyevin dubl etdiyi matçdada, Ümüd Şükürov və Fərid Əsədli hərəyə bir dəfə fərqlənib.
Xatırladaq ki, "yeniyetmə qartallar" ilk turda "Kəpəz"i səfərdə 4 cavabsız qolla məğlub edib.