UEFA-nın yeni prezidentinin adına aydınlıq gəlib. Sportarena.az xəbər verir ki, ispaniyalı Anxel Mariya Vilyar bu posta təyin olunub.
UEFA-nın baş katibi Canni İnfantino vitse-prezident Vilyarın müvəqqəti prezident seçildiyini söyləyib. Çünki reqlamentə görə, qurumda prezident olmadıqda onun səlahiyyətlərini vitse-prezident yerinə yetirməlidi.
Anxel Mariya Vilyar hazırda həm də İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.