Futbolda növbəti bədbəxt hadisə: Bu dəfə baş məşqçi öldü

13:50 16 Oktyabr 2015

Rusiya futboluna ağır itki üz verib. Sportarena.az xəbər verir ki, "Zenit” (Penza) klubunun baş məşqçisi Sergey Filippenkov veteranların yoldaşlıq oyunu zamanı dünyasını dəyişib.

 

"Zenit” və "Penzqorstroyzakazçik” arasında keçirilən oyunun sonlarında Filippenkov özünü pis etdiyini deyib və yerə yıxılıb.

 

Ona təcili tibbi yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

44 yaşında vəfat edən Rusiya millisinin sabiq futbolçususu ölkəsinin bir çox tanınmış klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti