Özündən 10 yaş kiçik futbolçu Jerar Pike ilə vətəndaş nikahında yaşayan müğənni Şakira sosial şəbəkədə övladlarıyla fotosunu paylaşıb.
Sportarena.az xəbər verir ki, şəkildə 38 yaşlı kolumbiyalı ifaçı 2 yaşlı oğlu Milan və 10 aylıq körpəsi Saşa ilə birlikdə poz verib. Başında qızıldan zəncir olan Şakira bu imici ilə yunan ilahələrinə bənzədilib.
Müğənni fotoya "İki həqiqi mələyimlə" sözlərini yazıb.