Hollandiya millisi və "Fənərbaxça"nın hücumçusu Robin van Persi Türkiyəıdən ayrıla bilər. Sportarena.az xəbər verir ki, İstanbulda özünü yaxşı hiss etməyən ulduz futbolçu karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Belə ki, 32 yaşlı forvard "Barselona"nın maraq dairəsinə düşüb. Təcrübəli futbolçunun keçidi üçün danışıqlara başlamağa hazırlaşan kataloniyalılar qış "transfer pəncərəsi"ndə van Persini heyətlərinə qatmaq istəyirlər.
Qeyd edək ki, karyerası ərzində “Feyenord”, “Arsenal” və “Mançester Yunayted” klublarının da formasını geyinmiş van Persi yaydan “Fənərbaxça”nın uğurları üçün çalışır.