Albaniya yığmasının və "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistana qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında o, 3:0 hesabıyla qalib gəldikləri və qitə birinciliyinə vəsiqə qazandıqları görüşlə bağlı bunları söyləyib:
"Bu görüşdə mən də iştirak etmək istəyirdim. Amma sarı vərəqə aldığım üçün alınmadı. Buna baxmayaraq, bu görüşdə komandamı sonadək dəstəklədim. Uşaqlar ad günümə gözəl hədiyyə etdilər. Biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Bu, inanılmaz hissdir. O hissləri sözlə ifadə etmək çətindir. Çünki qitə birinciliyinə vəsiqə qazanmaq Albaniya futbolu üçün böyük uğurdur. Ölkəmizi Fransada layiqincə təmsil etməyə çalışacağıq. Bilirəm ki, Avropa çempionatında tək qalmayacağıq. Fikrimcə, Azərbaycan da bizi dəstəkləyəcək. Çünki burada azərbaycanlılardan həmişə dəstək görmüşəm. Azərbaycanın da belə turnirlərin final mərhələsinə çıxacağı gün uzaqda deyil. Allah eləsin ki, növbəti tsikldə Azərbaycan yığması da belə uğur qazansın".