Azərbaycan Premyer Liqasının VIII turu “Kəpəz” üçün uğurlu alındı. Gəncə təmsilçisi səfərdə “Rəvan”ı 2-0 hesabı ilə məğlub etdi.
Emin Quliyev (“Rəvan”ın baş məşqçisi): “Çempionatda ən bərbad oyunumuzu oynadıq. Əlimdə olan futbolçular bunlardır. Bəzi mövqelərə oyunçular istəmişdim, alınmadı. Çatışmazlıqlarımız var. Futbolçularımın bacardıqları budur. Əhval-ruhiyyə aşağı səviyyədədir. Ardıcıl məğlubiyyətlərdən sonra vəziyyət yaxşı deyil”.