Şahin Diniyev: "Mən həmin vaxt dəyişikliklər edə bilmirdim"

23:40 16 Oktyabr 2015

Topaz Premyer Liqasının VIII turu “Kəpəz” üçün uğurlu alındı. Gəncə təmsilçisi səfərdə “Rəvan”ı 2-0 hesabı ilə məğlub etdi. 

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Məncə, oyun maraqlı alındı. Xoşbəxtliyi rəqib qapısında axtarmağa və qol vurmağa çalışdıq. İlk hissədə son nöqtəni qoya bilmirdik. Daha sonra dəyişiklik etdik. Ebahın meydançaya daxil olduqdan sonra dərhal qol vurması komandamın əl-qolunu açdı. Düşünürəm ki, ən yaxşı oyunumuzu yox, sadəcə, bunlardan birini oynadıq. Ən yaxşı oyunlarımız isə hələ irəlidədir. Bu soyuqda Bakıya gəlib, komandaya dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm.
Ebah qol vursa da, sakitləşmək olmaz. Ebah Kamerundan gəlib, iqlimə tam uyğunlaşmayıb. İstənilən futbolçu yaxşı oynamaqla əsas heyətin daimi üzvünə çevrilə bilər. Ebahın qol vurması yaxşı haldı, amma hələ onun pik formada olduğunu deyə bilərəm. Sadəcə, onu vurğulayım ki, əvvəl hücumçu problemimiz vardı. Mən həmin vaxt dəyişikliklər edə bilmirdim. İndi isə hücumda dəyişikliklər etmək iqtidarındayam”.  


Digər xəbərlər

Xəbər xətti