UEFA-dan Moskva klubuna sərt cəza

00:03 17 Oktyabr 2015

UEFA Moskvanın “Lokomotiv” klubunu cəzalandırdı.
Sportarena.az xəbər verir ki, 1 oktyabrda keçirilən “Lokomotiv” – “Skenderbeu” matçında ev sahibi komanda azarkeşlərinin açdığı irqçi pankartlara görə klub, 20 min avro və “Beşiktaş”la keçirilən oyunda qapıarxası sektorların bağlanılması cəzasını alıb.
Onu da əlavə edək ki, UEFA-nın İntizam komitəsi “Lokomotiv” klubunun stadiona “İrqçiliyə yox” pankartı ilə çıxmağı tələb edib.
Qeyd edək ki, “Lokomotiv” azarkeşləri sözügedən oyuna “albanlara ölüm” və “Kosova Serbiyanındır” şəklində irqçi pankartlarla çıxıblar.

 


Digər xəbərlər

Xəbər xətti