Azərbaycan Premyer Liqasının VIII turunun açılış oyununda “Rəvan”a 0:2 hesabı ilə qalib gələn “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin sportarena.az saytına müsahibəsi:
- “Rəvan”la oyunda 0:2 hesablı qələbə qazandınız. Matç barədə nə deyə bilərsən?
- Yaxşı oyun oldu. Ilk hissədə küləyə qarşı oynayırdıq, oyunumuz alınmadı. Amma ikinci hissə başlar-başlamaz hesabı açdıq. Rəqib azlıqda qaldı və bu da bizim işimizə yaradı.
- Rəqib qapıçı ilə aranızda gərginlik yarandı. Nə baş vermişdi?
- Arxadan ayağıma zərbə endirdi və söyüş söydü. O anda özümü güclə saxladım. Hakim də sağ olsun gəlib ikimizə də sarı vərəq göstərdi. (gülür)
- Ardıcıl ikinci oyundur ki qələbə qazanırsız. Bu uğurlu seriyanı davam etdirə biləcəksinizmi?
- Gələn oyunu “Xəzər Lənkəran” ilə oynuyacağıq. Çalışacağıq ki, qələbə qazanıb bu seriyanı davam etdirək. Elə oyunlar olmuşdu ki yaxşı oynamışdıq amma qələbə qazana bilməmişdik. Bu problemi də həll etdik, qələbələri sıralamağı düşünürük.
- Gələn turda “Xəzər Lənkəran” ilə qarşılaşacağsınız. Zəifləmiş “ağ-yaşıl”larla oyundan nə gözləyirsən?
- Düşünmürəm ki, Lənkəran zəif rəqibdir. Bizdə də cavan futbolçular çoxdur. Hazırlaşıb qələbə qazanmağa çalışacağıq.
- Komanda ardıcıl qələbələr qazanır. Bu gedişlə çempionatda hansı pilləni hədəfləyirsiniz?
- Az zaman çərçivəsində yığışdıq, amma ilk 4-lükdə qərarlaşmaq fikrindəyik. Avroliqaya getmək istəyirik.
Vüsal MİRZƏYEV