"Şahdağ" klubu bəyanat yaydı

01:26 17 Oktyabr 2015

"Şahdağ" klubu bəyanat yayıb.

Sportarena.az klubun məbuat xidmətinin yaydığı bəyanatı təqdim edir:

Təəssüf ilə bildirmək istəyirik ki, hal hazırda “Şahdağ” futbol klubu öz tarixində ən ağır anlar yaşamaqdadır. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddur.
Bu gün "Şahdağ" futbol klubunda iclas zamanı, komanda rəhbərliyin qərarına əsasən baş məşqçinin vəzifələri müvəqqəti icraçı vəzifəsinə Şərəfəddin Məmmədov təyin olunub. Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcəklər və son "nəfəsə" qədər komandaya ithaf olacaqlar. Daha sonra, iclasda iştirak edən veteran futbolçular Fair Amirkuliyev, Zahid Tayyibov və digərlər komandaya qayıdıb və təmanasız yardım edəcəklərini bəyan ediblər. Bu bəyanat alqışlarla qarşılandı.
Dəyərli azerkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdir. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək Qusar futbolunu yaşadaq! Əziz media nümayəndələri, “Şahdağ” futbol klubu həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir.
"Şahdağ" zəngin tarixə malik olan bir klubdur. Bu il "Şahdağ" futbol klubu 65 illiyi qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə “Şahdağ” klubu dəstəkləyərkən komanda öz 100 illiyini qeyd edəcək.


Digər xəbərlər

Xəbər xətti