“Rəvan”da Emin Quliyevin istefasından sonra yeni baş məşqçinin kimliyi bəlli olub.
Sportarena.az xəbər verir ki, “Kəpəz”lə oyundan sonra təcili toplanan rəhbərlik bu vəzifəni köhnə-yeni baş məşqçi Bəhmən Həsənova tapşırıb.
Qeyd edək ki, Bəhmən Həsənov daha əvvəl bir neçə dəfə “Rəvan”da bu postda çalışıb. 52 yaşlı mütəxəssis baş məşçqi təyin olunana qədər klubda uşaq futboluna nəzarət edirdi. (apasport.az)
Xatırladaq ki, bu Həsənovun komandaya baş məşqçi kimi 5-ci qayıdışıdır.