Daha iki oyunçuya Azərbaycan Premyer Liqasında oynamaq icazəsi verilib.
Sportarena.az xəbər verir ki, sifariş “İnter”dən gəlib. Belə ki, paytaxt klubu müdafiəçilər Ruslan Əmircanovla Laşa Salukvadzeni qeydiyyatdan keçirib. Hər iki futbolçu “Sumqayıt”a qarşı matçda iştirak edə bilərlər. Əmircanov 12, Salukvadze 6 nömrəli futbolka geyinəcək.